Rail Məlikovlu "Dənizlispor" bu gün növbəti matçına çıxır

17:06 - 24 Aprel 2015

Rəqib "Karşıyaka"dır
 
Bu gün Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxacaq.
 
Sözügedən komanda doğma meydanda Mahir Şükürovun yenicə ayrıldğı "Karşıyaka" ilə qarşılaşacaq.
 
Qeyd edək ki, "Dənizlispor" hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti