Millimizin üzvü üçün 90 dəqiqə
	 
	Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budakın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Altı qolun vurulduğu matç 3:3 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü 90 dəqiqə mübarizə aparıb.
	 
	Qeyd edək ki, "Qaziantep BB" hazırda 39 xalla 9-cu pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi