Vaqif Cavadovun qol vurduğu oyun VİDEO

23:01 - 25 Aprel 2015

29-cu turun matçı

 

Millimizin üzvü Vaqif Cavadov çıxış etdiyi "Boluspor"da növbəti qolunu vurub.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu PTT 1-ci liqasının 29-cu turunda "Adanaspor"la matçda fərqlənib. 81-ci dəqiqədə oyuna daxil olan V.Cavadov matçın 90+5-ci dəqiqədə komandasının üçüncü qolunu vurub. Qarşılaşma "Boluspor"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 35-ə çatdıran "Boluspor" 12-ci pilləyə yüksəlib.

 

Xəbər xətti