Futbolçumuz üçün 74 dəqiqə
	 
	Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor"  da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Samsunspor"la qarşılaşıb. Matç manisalıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç 74-cü dəqiqədə əvəzlənib.
	 
	Qeyd edək ki, "Manisaspor" hazırda 26 xalla 16-cı pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi