Amit oynamadı, komandası qələbə qazandı

12:49 - 27 Aprel 2015

41-ci turun matçı

 

Portuqaliya ikinci liqasında 41-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma meydanda "Porto B" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

 

Qeyd edək ki, "Atletiko" hazırda 39 xalla 22-ci pillədə qərarlaşıb.

Xəbər xətti