Futbolçumuz ehtiyat skamyasında
	 
	Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
	 
	Sözügedən komanda "Şanlıurfaspor"la üz-üzə gəlib. Matç "Dənizlispor"un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
	 
	Qeyd edək ki, "Dənizlispor" 24 xalla 17-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi