Futbolçumuz üçün 45 dəqiqə
	 
	Almaniya 2-ci Bundesliqasında 31-cu turun oyunları keçirilir.
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb. Adıçəkilən komanda səfərdə "Aue"nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov ilk hissədən sonra əvəzlənib. 45 dəqiqə meydanda olan Nazarov 21-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.. 
                      
saytlarin hazirlanmasi