"Boluspor" xal itkisi ilə üzləşdi
	 
	Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb. Sözügedən komanda öz meydanında "Elazığspor"la qarşılaşıb. Görüşdə hesab açılmayıb - 0:0.  Vaqif isə 80-ci dəqiqədə meydana çıxıb.
	 
	Qeyd edək ki, "Boluspor" hazırda 37 xalla 13-cü, "Elazığspor" isə 39 xalla 12-ci pillədə qərarlaşıb.
                      
saytlarin hazirlanmasi