Dadaşov yenə heyətdən kənarda qaldı
	 
	Almaniya Regional Liqasında 32-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrüken” də növbəti matçına çıxıb.  Adıçəkilən komanda səfərdə "Pirmasens"lə üz-üzə gəlib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Dadaşovun adı isə bu matçın iştirak ərizəsində yer almayıb.
	 
	Qeyd edək ki, "Saarbrüken" hazırda 66 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
                      
saytlarin hazirlanmasi