Komanda səfərdən 3 xalla qayıdır
	 
	Türkiyə PTT 1-ci liqasında 32-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı qapıçı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
	 
	Sözügedən komanda səfərdə  "Elazığspor"la qarşılaşıb. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Aüayev bu görüşün iştirakçıları arasında yer almayıb.
	 
	Qeyd edək ki, "Kayserispor" hazırda 66 xalla 1-ci, "Elazığspor" isə 39 xalla 12-ci pillədə qərarlaşıb. Bu nəticədən sonra Kayseri klubu çempionluğunu və Super Liqaya vəsiqəni təmin edib.
                      
saytlarin hazirlanmasi