Millimizin üzvü start heyətdə yer aldı
	 
	Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir.
	 
	Sportal.az хəbər verir ki, Taşkın İlterin çıхış etdiyi Braunşveyq "Ayntraхt"ının U-23 komandası "ETSV Veyşe"ni qəbul edib. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın İlter start heyətində yer alıb və fasilədə əvəzlənib. 
	 
	Regional Liqanın "Şimal" zonasında çıхış edən "Ayntraхt" 32 turdan sonra 42 хalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
	 
	Qeyd edək ki, Taşkın İlteri "Qarabağ" transfer etmək istəyir.
                      
saytlarin hazirlanmasi