"Həqiqətən də "Dnepr" finala vəsiqə qazanmaqla möcüzə etdi"

02:45 - 15 May 2015

“Azarkeşlərin stadionu məyus tərk etməsinə razı ola bilməzdik”
 
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Napoli”yə evdə 1:0 hesabı qalib gələn “Dnepr” tarixində ilk dəfə finala vəsiqə qazanıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “Dnep”in baş məşqçisi Miron Markeviç matçla bağlı fikirlərini bildirib. Təcrübəli mütəxəssis İtaliyanın ən güclü klublarından birinə qarşı oynadıqlarını deyib: 
 
“Yuventus”dan sonra İtaliyanın ən güclü komandası “Napoli”ni hesab edirəm. Bilirdik ki, güclü komandaya qarşı oynayırıq. Tarixində ilk dəfədi ki, komanda finalın astanasında idi. Bizi dəstəkləyən azarkeşlərin stadinonu məyus tərk etməsinə razı ola bilməzdik. Futbolçular da bunu yaxşı başa düşürdülər. Ona görə də qələbə qazanmaq üçün əllərindən gələni etdilər.
 
Həqiqətən də “Dnepr” finala vəsiqə qazanmaqla möcüzə etdi. Final barədə hələ danışmaq tezdir. “Sevilya” ilə final oyununa qədər vaxt var. Əgər  kuboku Ukraynaya gətirmək istəyiriksə, həmin qarşılaşmaya daha ciddi hazırlaşmaq lazım gəlir”.      

Xəbər xətti