Artyom Fedetski argentinalı hücumçudan xəbər gözləyir
Avropa Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə “Napoli”yə 2:1 hesabı ilə qalib gələn “Dnepr” adını finala yazdırıb.
Sportal.az xəbər verir ki, İtaliya təmsilçisiylə qarşılaşmadan sonra “Dnepr”in müdafiəçisi Artyom Fedetski oyunla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
“Finala vəsiqə qazanmağımıza hələ də inana bimirəm. Bunu sözlə demək mənə çox çətin gəlir. Bu qələbəni Ukrayna xalqına və hərbçilərinə həsr edirik. “Napoli” kimi komandanı mübarizədən kənarlaşdırmaq çətin oldu. İlk oyunda onlar qalib gələ bilərdilər. Hardasa səfərdə bəxt amili bizim tərəfdə oldu. Bu oyun bərabər səviyyədə keçdi. Həm onların həm də bizim qol vurmaq şanslarımız vardı. Seleznyovun vurduğu qol xeyrimizə oldu. Mənə təsir edən İquainin sözü idi. O, demişdi ki, "Napoli" “Dnepr”i keçə bilməsə karyerasını başa vuracaq. Görək, hücumçu sözünə əməl edəcək”.
saytlarin hazirlanmasi