Futbolçumuz yenə ehtiyat skamyasında
	 
	Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilir. 
	 
	Sportal.az xəbər verir ki, Cəmşid Məhərrəmovun şərəfini qoruduğu “Adanaspor” öz meydanında “Elazığspor”la qarşılaşıb. Matç Adana təmsilçisinin 4:3 hesablı qələbəsi ilə tamamlanıb. Cəmşid Məhərrəmov əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
	 
	Qeyd edək ki, 33 turdan sonra aktivində 39 xal olan “Adanaspor” turnir cədvəlində 14-cü yeri tutur. 
                      
saytlarin hazirlanmasi