Nazim Süleymanov köməkçilərinin adlarını açıqladı

18:44 - 18 May 2015

Millimiz mayın 29-da toplanacaq
 
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanov köməkçilərini və yığmanın hazırlıq planını müəyyənləşdirib.
 
Sportal.az xəbər verir ki, bu barədə "Report"a 50 yaşlı mütəxəssisin özü məlumat verib.  N.Süleymanov ona Novruz Əzimov və qapıçılarla işləyən məşqçi kimi Rauf Mehdiyevin yardımçı olacağını söyləyib. Yeni heyətlə ilk təlim-məşq toplanışı isə mayın 29-da Bakıda keçiriləcək. Baş məşqçi bildirib ki, bu komandaya 1997-ci il təvəllüdlü futbolçular çağırıldığından, hazırda onların orta məktəblərdə təhsillərini yekunlaşdırmalarını gözləyirlər. Toplanış 3 gün davam edəcək. 
 
Millinin ilk ciddi sınağı isə noyabrda elə paytaxtda Türkiyə, Ukrayna, Bosniya və Herseqovinanın da iştirakı ilə təşkil olunacaq Avropa çempionatının seçmə matçlarına təsadüf edəcək. Oyunlar noyabrın 10-da, 12-də və 15-də baş tutacaq.

Xəbər xətti