Futbolçumuzun adı yenə "18-lik"dən kənarda qaldı
	 
	Portuqaliya Sequnda Liqasında 45-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
	 
	Sözügedən klub doğma meydanda "Aves"lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Amitin adı yenə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
	 
	Qeyd edək ki, "Atletiko" hazırda 46 xalla 22-ci pillədə qərarlaşıb və sona bir tur qalmış daha aşağı liqaya düşməyə çox yaxındır.
                      
saytlarin hazirlanmasi