Subaşiç "Manisaspor"dan ayrılacaq
	 
	Türkiyənin "Manisaspor" klubu Azərbaycan millisinin üzvü Branimir Subaşiçi qovacaq.  
	 
	Sportal.az xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı məlumat yayıb. Hücumçunun çıxışı Türkiyə PTT 1-ci Liqası təmsilçisini qane etmir. Bu səbəbdən də serb əsilli formardın adı ötən turdakı "Dənizlispor" matçının protokoluna salınmayıb.
	 
	Belə ki, cari mövsümdə 30 qarşılaşmada 2180 dəqiqə meydanda olan Subaşiç cəmi 3 dəfə rəqib qapılarına yol tapa bilib. Belə zəif çıxışdan sonra 33 yaşlı oyunçunun komandadan göndəriləcəyi gözlənilir. 
	 
	Qeyd edək ki, Subaşiç cari mövsüm əvvəlində digər 1-ci liqa təmsilçisi “Orduspor”dan “Manisaspor”a keçmişdi.
                      
saytlarin hazirlanmasi