"Ayntraxt"ın futbolçusu Bakıdakı yanğından "yana-yana" yazdı FOTO

14:36 - 20 May 2015

 

"Ey siması xoşbəxt, içi bədbəxt xalqım mənim"

 

Millimizin və Almaniyanın "Ayntraxt"ın qapıçısı Emil Balayev Bakıdakı dəhşətli yanğına biganə qalmayıb.

 

Sportal.az xəbər verir ki, qolkiper öz "facebook" səhifəsində hadisə zamanı çəkilmiş şəkilləri paylaşaraq, etirazını bildirmək məqsədi ilə şeir də paylaşıb:

 

 

Ey siması xoşbəxt, içi bədbəxt xalqım mənim

15 nəfər ölü , 9 milyonsa yaralım mənim

Hər hadisəyə susduqca, səbr elədikcə sən

İtkiylə, zülmət-əzabla keçəcək həyatın sənin.

 

Xəbər xətti