Cəmşid Məhərrəmov: "Hazırda Türkiyədəyəm"
	 
	"Adanaspor"da forma geyinən həmyerlimiz Cəmşid Məhərrəmovun komandasından ayrıldığı və hazırda da Bakıda olduğu barədə mətbutda məlumatlar yayılmışdı.
	 
	Məhərrəmov bu barədə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
	 
	"Hazırda Adanadayam, mövsüm qurtardıqdan sonra "Adanaspor"dan ayrılmaq istəyirəm. Artıq bu barədə klub rəhbərliyi danışıqlar aparıram, böyük ehtimalla, komandadan ayrılacam. Karyeramı öz ölkəmdə davam etdirmək istəyirəm"
                      
saytlarin hazirlanmasi