Qurbanov milliyə çağırıldı

14:21 - 22 May 2015

Norveç və Serbiya üçün...

 

"Hayduk"un şərəfini qoruyan Ruslan Qurbanov millimizin Serbiya ilə yoldaşlıq oyunu və Norveçlə "Avro-2016"nın seçmə mərhələsinin matçı üçün heyətə cəlb olunub.

 

Sportal.az "Hayduk" klubunun rəsmi saytına istinadən xəbər verir ki, Qurbanov hər iki oyunda da baş məşqçinin şans verəcəyi təqdirdə oynaya biləcək.

 

Qeyd edək ki, millimiz iyunun 7-i Serbiya ilə, iyunun 12-i isə Norveçlə qarşılaşacaq.

Xəbər xətti