"Karlsrue" mövsümün son matçına çıxır
	 
	Bu gün Almaniya ikinci Bundesliqasında həlledici, 34-cü turun oyunları keçiriləcək. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də son matçına çıxacaq.
	 
	Sözügedən komanda doğma meydanda "Münhen 1860" klubu ilə qarşılaşacaq. Hazırda 55 xalla 3-cü pillədə qərarlaşan "Karlsrue" bu görüşdə də qələbə qazansa, ya əsas Bundesliqaya birbaşa vəsiqə qazanmış olacaq, ya da elitanı tərk etməli olan "Hamburq"la pley-off oyunlarında qüvvəsini sınamaq məcburiyyətində qalacaq. Məğlub olacağı halda isə "Karlsrue" növbəti mövsümdə də ikinci Bundesliqada mübarizə aparacaq.
                      
saytlarin hazirlanmasi