Millimizin üzvü üçün 3 dəqiqə
	 
	Almaniya ikinci bundesliqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
	 
	Sözügedən komanda öz meydanında "Frankfurt"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat görüşün 87-ci dəqiqəsində meydana çıxıb.
	 
	Qeyd edək ki, "Fortuna" mövsümü 44 xalla 10-cu pillədə başa vurub.
                      
saytlarin hazirlanmasi