"Dnepr" İspaniya təmsilçisiylə bacarmadı 
		
			 
		
			Avropa Liqasında 2014/2015  mövsümünün qalibi bəlli olub.
	 
 
	 
	Sportal.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçirilən final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.
	 
	Avropa Liqasının son qalibi olan “Sevilya”  titulunu qorumaq istəyində idi. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr”  isə tarixində ilk dəfə idi ki, final həyəcanı yaşayırdı. Gərgin və maralqı keçən görüş “Sevilya”nın qələbəsi ilə başa çatıb – 3:2.
	 
	Beləliklə, İspaniya klubu ardıcıl ikinci dəfə Avropa Liqasının qalibi olub.
	 
	Xatırladaq ki, Dnepropetrovski klubu Bakıda keçirilən “Qarabağ” – “İnter” matçında hakimin kobud səhvi nəticəsində qrupdan çıxıb.  Ağdam klubunun təmiz qolunun sayılmaması sayəsində pley-offa təmsilçimiz deyil, "Dnepr" yüksəlib.
	 
	 
	27 may
	 
	Avropa Liqası, final
	 
	“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya)  2:3 
	Qollar: Kaliniç, 7, Rotan, 44 - Kruçoviak, 28, Bakka, 31, Bakka, 73
	 
	 
	
                      
saytlarin hazirlanmasi