Ruslan Rotan: “Sevilya” qələbəni haqq etdi"
Avropa liqasının finalında “Sevilya”ya 3:2 hesabı ilə məğlubiyyətə üzülənlərdən biri “Dnepr”in kapitanı Ruslan Rotan olub.
Sportal.az xəbər verir ki, oyundan sonra ukraynalı futbolçu “Sevilya”nın qələbəni haqq etdiyini deyib.
“Dnepr”in aparıcı üzvü məğlubiyyətə görə üzgün olduğunu gizlətməyib:
“Əlbəttə, finalda qalib gəlib kuboku qazanmaq istərdim. Etiraf etməliyik ki, “Sevilya” bu gün daha yaxşı oynadı. Onlar qələbəni haqq etdilər. Avropa Liqasını acı göz yaşlarımızla tərk edirik. Axı kim istəyərdi, ki, finalda məğlub olsun? Ancaq reallıq budur ki, hazırda “Sevilya” bizdən daha güclüdür”.
saytlarin hazirlanmasi