4-cü dəfə Avroliqanın qalibi oldular
Avropa Liqasının qalibi "Sevilya" yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, İspaniya təmsilçisi buna dünən "Dnepr"lə keçirilən görüşdə (3:2) tarixində 4-cü dəfə Avropa Liqasını qazanmaqla nail olub.
Bununla da, "Sevilya" Avropanın ikinci dərəcəli klub turnirini ən çox qazanan komanda adına yiyələnib. "İnter", "Liverpul" və "Yuventus" klubları isə üç dəfə Avropa Liqasını qazanıblar.
Qeyd edək ki, "Sevilya" daha öncə 2005/2006, 2006/2007 və 2013/2014 mövsümlərində Avropa Liqasının qalibi olub.
saytlarin hazirlanmasi