İlk pley-off oyunu keçiriləcək
	 
	Bu gün Almaniyanın əsas və ikinci Bundesliqasında oynayacaq iki komandanın müəyyənləşdirilməsi üçün ilk pley-off oyunu keçiriləcək. 
	 
	Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" elitaya yüksəlmək üçün səfərdə "Hamburq"la qarşılaşacaq. Cavab görüşü isə iyunun 1-də baş tutacaq.
	 
	Qeyd edək ki, "Hamburq" əsas Bundesliqada 16-cı, "Karlsrue" isə ikinci Bundesliqada 3-cü olub. Cütün qalibi növbəti mövsümdən əsas, məğlub olan tərəf isə ikinci Bundesliqada oynayacq.
	 
                      
saytlarin hazirlanmasi