Hoqmo: "Bizim üçün vacib oyundur"
AÇ-2016-nın seçmə mərhələsində gələn ay millimizlə qarşılaşacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis millimizlə oyunda qalib gəlməyin vacibliyini vurğulayıb:
"Doğma meydanda oynayacağımız İsveç və Azərbaycanla görüşləri səbirsizliklə gözləyirik. Təbii ki, heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin Azərbaycanla oyunda fiziki cəhətdən tam hazır futbolçulara şans verəcəm. Xorvatiya ilə matçdakı acı məğlubiyyəti (1:5) unutmalıyıq. İsveçlə oyun prestij baxımından əhəmiyyətlidir. Azərbaycanla oyun isə futbolçulara özlərini yaxşı tərəfdən göstərmələri üçün əla şans olacaq. Bizim üçün vacib oyundur. Səfərdə rəqibi məğlub etmişdik. Bu görüşdə də qalib gəlməklə üçüncü pillədəki mövqeyimizi möhkəmləndirməliyik".
İyunun 8-də İsveçlə yoxlama oyunu keçirəcək Norveç millisi 4 gün sonra seçmə mərhələ çərçivəsində yığmamızla qarşılaşacaq. "Ullevall" stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi