Avroliqanın rəmzi yığması açıqlandı

10:25 - 29 May 2015

“Dnepr”in 4 futbolçusu heyətdə yer aldı
 
UEFA-nın texniki müşahidə heyəti 2014/15 mövsümü üçün Avropa Liqasının ən yaxşı oyunçularından ibarət simvolik yığmasını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq çalışdırıcısı  Aleks Ferqüsonun yer aldığı müşahidə qrupu aşağıdakı futbolçuları simvolik yığmaya cəlb edib:
 
Qapıçılar: Denis Boyko (“Dnepr”), Serxio Riko (“Sevilya”)
 
Müdafiəçilər: Duqlas (“Dnepr”), Fauzi Qulam, Raul Albiol (“Napoli”), Timote Kalodzeyçak, Aleiks Vidal (“Sevilya”)
 
Yarımmüdafiəçilər: Borxa Valero (“Fiorentina”), Kevin de Bryun (“Volfsburq”), Ever Baneqa, Krixkovyak, Mbia (“Sevilya”), Qamşik (“Napoli”), Ruslan Rotan (“Dnepr”)
 
Hücumçular: Alan (“Zalsburq”), Bakka (“Sevilya”), İquain (“Napoli”), Konoplyanka (“Dnepr”)

Xəbər xətti