Futbolçumuzu əvəzləyən Malokudan bərabərlik qolu
	 
	Milli komandamızın üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk" (Split) Xorvatiya çempionatında növbəti oyununu keçirib. 
	 
	Sportal.az xəbər verir ki, Xorvatiya Liqasının 36-cı turunda “RNK Split”ə qonaq olan Qurbanovun komandası səfərdən 1:1-lik bərabərliklə dönüb.
	 
	Həmyerlimiz matça start heyətində başlayıb. İlk hissəni məğlub bitirən “Hayduk”da Ruslan Qurbanovun əvəzinə ikinci hissədə Maloku meydana daxil olub. Məhz Malokunun 49-cu dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirən “Hayduk” matçdan 1 xalla ayrılıb.
	 
	Bu nəticədən sonra "Hayduk" 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
                      
saytlarin hazirlanmasi