Filip Curiçiç: “Qarşıdakı iki matçda qələbə bizdə özünəinamı artıracaq”
“Serbiyalı azarkeşlər başa düşməlidi ki, millidə heç kim əvvəlki xidmətlərinə görə oynamır. Hər futbolçu bütün oyunlarda maksimum qüvvəsini qoymalıdı ki, növbəti matçlarda da heyətdə olsun”.
Sportal.az xəbər verir ki, bu sözləri Serbiya millisinin futbolçusu Filip Curiçiç deyib.
O, iyunun 7-də Azərbaycanla yoxlama, 13-də Danimarka ilə AÇ-2016-nın seçmə mərhələsinin oyunları ərəfəsində jurnalistlərin suallarına cavab verib. İngiltərə “Sauthempton”unun yarımmüdafiəçisi qələbə iddiasında olduqlarını bildirib: “Biz hamımız qalib gəlmək istəyirik. Həm yoxlama, həm rəsmi matçlarda qələbə vacibdi. Çünki bununla müsbət əhval-ruhiyyənin təməli qoyulur. Azarkeşlərimizi sakit olmağa çağırıram. Onların hərəkəti bizim haqda mənfi fikir formalaşdırır. Qarşıdakı iki matçda qələbə bizdə özünəinamı artıracaq”
Qeyd edək ki, Azərbaycan – Serbiya oyunu Avstriyada keçiriləcək.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi