Serbiyanın baş məqşçisi: "Yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi"

23:18 - 7 İyun 2015

"Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi"

 

Milli komandamız yoldaşlıq matçında Serbiyaya 1:4 hesabı ilə məğlub olub. Sportal.az xəbər verir ki, oyundan sonra Serbiya millisinin baş məşqçisi Radovan Curçiç AFFA-nın rəsmi saytına bunları deyib:

 

"Komandam oyuna çox yaxşı başladı. Hesabı da biz açdıq. Birinci hissənin ortalarından etibarən futbolçularım oyun planına uyğun oynamadılar. Xüsusilə, yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi. Fasilədən sonra artıq istədiyimiz oyunu göstərməyə başladıq. Meydana sonradan daxil olan futbolçular da oyuna yaxşı qoşuldular. Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi və səmərəli oldu.

 

Qarşıda bizi Kopenhagendə Danimarka millisi ilə vacib oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu gün ikinci hissədə oynadığı kimi çıxış edəcək və qələbə qazana biləcəyik".

 

Xəbər xətti