Kamran Ağayevin yeni baş məşqçisi məlum olur

00:01 - 8 İyun 2015

Bu vəzifəyə ən real namizəd Okan Burukdur
 
Milli komandamızın qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına yaxın günlərdə bəlli ola bilər.
 
Sportal.az xəbər verir ki, rəhbərlik bu gün "Qaziantepspor"dan ayrılan Okan Buruk ilə danışıqlar aparır. Buruk ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
 
Xatırladaq ki, "Kayserispor"la müqaviləsi başaçatan Kamran Ağayevin də komandadakı gələcək taleyinə baş məşqçinin verəcəyi qərardan asılı olacaq. Qeyd edək ki, Okan Buruk məşqçilik karyerası ərzində "Elazığspor" , "Qaziantepspor" və Türkiyə millisində köməkçi vəzifəsində çalışıb.

Xəbər xətti