Favoritlər liderliyi əldən verir, ortabablar hegemonluq edir

12:50 - 11 İyun 2015

İkinci dövrə start götürür

 

Avro-2016-nın secmə mərhələsi cərcivəsində mubarizə ekvator xəttini kecdi.

 

Sportal.az xəbər verir ki, İkinci dovrəyə iyunun 12-14-u aralığında keciriləcək matclarla start veriləcək. Birinci dovrənin geridə qalan oyunların nəticələri 2016-cı ildə Fransada keciriləcək final mərhələsinə 23 vəsiqə uğrunda şansları dəyərləndirməyə və müəyyən nəticə cıxarmağa imkan verir.

 

Millimiz üçün həlledici olacaq Oslo sınağı

 

1960-cı ildən keçirilən turnirin tarixində ilk dəfə olaraq final mərhələsində 24 komanda iştirak edəcək. Belə olan halda, qruplarda 1-ci və 2-ci pillələrin sahibləri və 3-cü yeri tutanlar arasında ən yaxşı nəticə göstərən yığma birbaşa final mərhələsinə yüksələcək. Qalan 4 vəsiqənin sahibi “3-cülər” arasında keçiriləcək pley-off oyunlarında müəyyənləşəcək. Xatırladaq ki, meydan sahibi olan Fransa yığması seçmə mərhələdən azad edilib.

 

Azərbaycan milli komandası 4 ardıcıl məğlubiyyətdən sonra, nəhayət, son turda ilk qələbəsini və ilk xalını qazandı. Millimizin 3-cü yeri tutmaq üçün şansı qalır ki, bunun üçün hazırda həmin pilləni tutan Norveçi iyunun 12-də, səfər oyununda yenmək lazımdır. Skandinavlar Bakıda olduğu kimi, Osloda da bizə qalib gəlsələr, qrupda 3-cü olmaq şansımız, demək olar, qalmayacaq. Çünki Norveçlə xallarımız bərabər olarsa, rəqib şəxsi oyunlardakı nəticələrə görə bizdən üstün olacaq. Qrupumuzda birinci və ikinci yerin sahibləri - İtaliya və Xorvatiyanın favoritliyi əvvəldən aşkar idi. Millimizə doğma arenada güclə qalib gələn, son turda isə Bolqarıstana məğlubiyyətdən son anda xilas olan italyanlar hələ ki inamlı təsir bağışlamırlar və xal itkiləri onları finaldan kənarda qoya bilər.

 

Slovakiyadan görünməmiş çıxış

Qruplara nəzər salsaq, bir çox favoritlərin lider mövqedə olmaması, əvəzində ortababların “meydan sulaması” diqqət çəkir. Bu, ilk növbədə C qrupunun lideri Slovakiyaya aiddir. Yan Kozakın başçılıq etdiyi kollektiv İngiltərə yığması kimi bu seçmə mərhələdə 100 faizli nəticə göstərən iki yığmadan biridir. Yeri gəlmişkən,
son Avropa çempionu İspaniya qrupda yeganə məğlubiyyətini məhz Slovakiyadan alıb. Son dünya çempionu Almaniya da lider deyil və hesabında 1 məğlubiyyət var. Almanlar da hazırkı qrup lideri Polşaya uduzublar.

 

Avstriya yığmasının da qrupa başçılıq etməsi diqqət çəkir. Hər halda, bu qrupun favoritləri İsveçlə Rusiya sayılırdı. Hərçənd, rusların son turda Çernoqoriya ilə səfər matçı yarımçıq dayandırıldığından, 1 oyun az keçiriblər. Podqoritsadakı matçda yerli azarkeşlərin yolverilməz davranışlarına görə UEFA Çernoqoriya millisinə texniki məğlubiyyət verib - 0:3.

 

Özünə bənzəməyən Hollandiya, şansını azaldan Türkiyə

 

Favotirlərdən hələ ki ən zəif nəticəgöstərən Hollandiyadır. Son dünya çempionatının bürünc medalçısı Luis van Qalın baş məşqçi postundan gedişindən sonra uğursuzluğa düçar olub. Onu əvəzləyən Qus Hiddink nə qədər təcrübəli mütəxəssis olsa da, “narıncılar”ı düşdüyü çətin vəziyyətdən çıxara bilmir. Çoxlu xal itirən, heç cür özünə bənzəməyən hollandlar son turda az qala Türkiyəyə də yeniləcəkdi. Ancaq Fatih Terimin baş məşqçisi olduğu yığma səfər qələbəsini son saniyələrdə əldən verdi. Son 3 böyük turnirdən kənarda qalan “ay-ulduzlular”ın final mərhələsinə çıxması yenə sual altındadır. Bu qrupda İslandiyanın 2-ci yerdə getməsi cari seçmə mərhələnin ən böyük sensasiyalarından biridir. Hollandiya və Türkiyəni yenən islandlar yeganə məğlubiyyəti qrup lideri Çexiyadan alıb.

 

Avropa çempionunun fiaskosu

2004-cü ildə Avropa çempionu olmuş Yunanıstanın bu seçmə mərhələdə çıxışı fiasko sayıla bilər. Təsəvvür edin, yunanlar turnir cədvəlində nəinki qitənin, hətta dünyanın ən zəif yığmalarından sayılan Farer adalarından geridədir. İş elə gətirib ki, Ellada təmsilçisi öz meydanında farerlilərə də uduzub. Məhz bu məğlubiyyətdən sonra tanınmış italiyalı mütəxəssis Klaudio Ranyerini baş məşqçi postundan qovan Yunanıstan qələbə üzünə həsrətdir. Avropanın ortabablarından sayılan Rumıniya millisi də hazırda qrup lideridir.

 

Böyük stimul

Ortabab sayılan yığmaların inamlı çıxışını təsadüfi saymaq olmaz. Çünki UEFA-nın final mərhələsinin iştirakçılarının sayını artırması məhz onlara böyük stimul verib. Favoritlər həlledici mərhələyə vəsiqə qazanacaqlarına görə arxayındırlar və böyük ehtimalla hamısı sonda istəklərinə çatacaqlar. Ancaq final mərhələsində çıxış edənlərin sayının 16-dan 24-dək artırılması bir çox ortabablara həlledici oyunlarının iştirakçısı olmağa şans yaradıb.

 

Qeyd edək ki, seçmə mərhələnin bombardiri 6 qolla İngiltərə yığmasının hücumçusu Denni Uelbekdir.

A qrupu

1 Çexiya 5 4 1 0 11-6 13
2 İslandiya 5 4 0 1 12-2 12
3 Hollandiya 5 2 1 2 11-6 7
4 Belarus 5 1 1 2 6-8 5
5 Latviya 5 0 3 2 2-11 3
6 Lüksem. 5 0 1 4 4-13 1

12 iyun: Qazaxıstan – Türkiyə, İslandiya – Çexiya, Latviya – Hollandiya

B qrupu

1 Belçika 5 3 2 0 13-1 11
2 Uels 5 3 2 0 7-2 11
3 İsrail 5 3 0 2 9-6 9
4 Kipr 5 2 0 3 9-10 6
5 Bos.Her 5 1 2 2 5-6 5
6 Andorra 5 0 0 5 2-20 0

12 iyun: Bosniya və Herseqovina – İsrail, Uels - Belçika, Andorra – Kipr

C qrupu

1 Slovakiya 5 5 0 0 11-2 15
2 İspaniya 5 4 0 1 14-3 12
3 Ukrayna 5 3 0 2 6-2 9
4 Belarus 5 1 1 3 4-10 4
5 Makedon. 5 1 0 4 5-12 3
6 Lüksemb. 5 0 1 4 3-14 1

14 iyun: Ukrayna – Lüksemburq, Belarus – İspaniya, Slovakiya – Makedoniya

D qrupu

1 Polşa 5 3 2 0 16-3 11
2 Almaniya 5 3 1 1 9-4 10
3 Şotlandiya 5 3 1 1 11-5 10
4 İrlandiya 5 2 2 1 11-4 8
5 Gürcüstan 5 1 0 4 4-9 3
6 Cəbəllütariq 5 0 0 5 1-27 0

13 iyun: İrlandiya – Şotlandiya, Cəbəllütariq - Almaniya, Polşa – Gürcüstan

E qrupu

1 İngiltərə 5 5 0 0 15-1 15
2 Sloveniya 5 3 0 2 10-4 9
3 İsveçrə 5 3 0 2 11-3 9
4 Litva 5 2 0 3 3-10 6
5 Estoniya 5 1 1 3 1-5 4
6 San-Marino 5 0 1 4 0-17 1

14 iyun: Estoniya – San Marino, Sloveniya – İngiltərə

F qrupu

1 Rumıniya 5 4 1 0 7-1 13
2 Şim.İrland. 5 4 0 1 8-4 12
3 Macarıstan 5 2 2 1 4-3 8
4 Finlandiya 5 1 1 3 5-7 4
5 Far.adaları 5 1 0 4 2-7 3
6 Yunanıstan 5 0 2 3 1-5 2

13 iyun: Finlandiya – Macarıstan, Şimali İrlandiya – Rumıniya, Farer adaları – Yunanıstan

G qrupu

1 Avstriya 5 4 1 0 10-2 13
2 İsveç 5 2 3 0 7-3 9
3 Rusiya 5 2 2 1 9-3 8
4 Çernoq. 5 1 2 2 3-5 5
5 Lixtenşt. 5 1 1 3 1-11 4
6 Moldova 5 0 1 4 2-8 1

14 iyun: Lixtenşteyn – Moldova, Rusiya – Avstriya, İsveç - Çernoqoriya

H qrupu

1 Xorvatiya 5 4 1 0 15-2 13
2 İsveç 5 3 2 0 8-4 11
3 Norveç 5 3 0 2 7-8 9
4 Bolqarıstan 5 1 2 2 6-7 5
5 Azərbaycan 5 1 0 4 4-11 3
6 Malta 5 0 1 4 1-9 1

12 iyun: Malta – Bolqarıstan, Norveç – Azərbaycan, Xorvatiya – İtaliya

H qrupu

1 Portuqaliya 4 3 0 1 4-2 9
2 Danimarka 4 2 1 1 6-4 7
3 Albaniya 4 2 1 1 4-5 7
4 Serbiya 4 1 1 2 6-6 1*
5 Ermənistan 4 0 1 3 3-6 1

13 iyun: Ermənistan – Portuqaliya, Danimarka – Serbiya

*Serbiyadan 3 xal silinib.

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti