Rəşad Sadıqov: "Qrupdakı vəziyyətdən sonra bu görüşün əhəmiyyəti artıb"

23:38 - 11 İyun 2015

"Rəqib güclü olsa da, biz də öz gücümüzə inanırıq"
 
"Sabah bizim üçün çox önəmli oyundu. Bundan əlavə, bilirik ki, Avropa Oyunlarının açılışıdı sabah. Bütün azarkeşlərimiz ondan sonra diqqəti bizim oyuna yönəldəcəklər".
 
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib. Milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Norveçin qonağı olacaq. Oyunöncəsi mətbat konfransında iştirak edən Sadıqov Bakıya sərfəli nəticə ilə qayıtmağa çalışacaqlarını bildirib:
 
"Çətin, ağır oyun olacaq. Komandada çox yaxşı atmosfer var. Canla-başla oyuna hazırlaşırıq. Qrupdakı vəziyyətdən sonra bu görüşün əhəmiyyəti artıb. Yaxşı nəticə ilə Bakıya qayıtmağa ümid edirik. Rəqib güclü olsa da, biz də öz gücümüzə inanırıq". (apasport.az)

Xəbər xətti