Hər iki futbolçu da zədəlidi
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də Farer adaları yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət millimizin düşərgəsini 2 oyunçu tərk edib.
Sportal.az xəbər verir ki, həmin görüşdə Məqsəd İsayevlə Rahil Məmmədov komandamıza yardım edə bilməyəcək. Hər iki futbolçu zədəli olduğundan Bakıye geri göndərilib.
Xatırladaq ki, əsas millidən 4 futbolçu (Elvin Camalov, Elnur Cəfərov, Coşqun Diniyev və Emil Balayev) U-21-in sıralarına qoşulub.
saytlarin hazirlanmasi