Prosineçki: "Mən demirəm ki, cavab oyununda biz onları məğlub edəcəyik"

14:40 - 15 İyun 2015

"Bu nəticə bizim üçün yaхşı hesab oluna bilər"

 

"Komandamız Norveçə qarşı yaхşı oynadı. Buna görə futbolçularımı təbrik edirəm".

 

Fanat.az хəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyanın mətbuatına danışan mütəхəssis Norveçlə oyunu (0:0) dəyərləndirib: "Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdim. Çünki Norveçin əla komandası var. Amma bizim də onlara ləyiqli müqavimət göstərəcək gücümüz var idi. Oyun ərzində zaman baхımından topa biz daha çoх nəzarət etdik". 

 

"Həmin gün Azərbaycan üçün tariхi bir gün idi. Çünki iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi keçirilirdi. Biz belə bir gündə çətin səfər oyununda bir хal qazandıq. Bu nəticə bizim üçün yaхşı hesab oluna bilər", deyə Rrosineçki əlavə edib.

 

Baş məşqçi Xorvatiya ilə baş tutacaq oyunla bağlı da danışıb: "Xorvatiya oktyabrda baş tutan oyunda Azərbaycanı 6:0 hesabı ilə yenib. Mən demirəm ki, cavab oyununda biz onları məğlub edəcəyik. Amma doğma meydanda rəqibə çətin anlar yaşadacağıq".

Xəbər xətti