"Onlar çox aqressiv idilər"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Farer adaları yığması ilə oyunla bağlı fikirlərini affa.az saytına bildiriblər.
Sportal.az xəbər verir ki, millimizin üzvü Elnur Cəfərov oyun haqqında bunları qeyd edib:
“Oyunun çətin keçəcəyini gözləyirdik. Çünki Farer adaları yığması da uduzmamaq üçün mübarizə aparırdı. Oyunun səfərdə keçməsi də bizim üçün çətinlik yaratdı. Ancaq uşaqlar mübarizədən qopmadılar və sonda istəyimizə çatdıq.
Qrupun güclü komandalarından biri ilə qarşılaşsaydıq, bəlkə də bu qədər çətin olmazdı. Farer adalarının oyunçuları “ikinci mərtəbə”də güclüdür. Əksər oyunçuları ucaboydur. Amma bundan çəkinmədik. Onlara təhlükəli epizodlar yaratmağa imkan vermədik. Həm də başla yaxşı oynadıqlarını nəzərə alıb künc zərbəsi vurmaq şansı qazanmalarına imkan vermirdik.
Onlar çox aqressiv idilər. Hətta buna görə qırmızı vərəqə də aldılar. Səbəbi isə öz meydanlarında oynamaları, xal qazanmaq istəmələri idi.
Birinci hissədə biz üstün tərəf idik. Onlara heç bir şans vermədik. Hesab əslində böyük olmalı idi”.
saytlarin hazirlanmasi