Avropa Liqası: "Qəbələ", "Neftçi" və "İnter"in rəqibləri məlum oldu YENİLƏNİB

16:19 - 22 İyun 2015

I və II təsnifat mərhələsinin püşkatma mərasimi

 

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

 
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

 

Əvvəl Azərbaycanın 3 təmsilçisinin qatılacağı I təsnifat mərhələsinin cütləri müəyyənləşib. Bu raundda çıxış edən 102 komanda 51 cüt təşkil edib.

 

Bu mərhələsinin püşkündə klublar iki səbətə bölünüb. Klublarımızdan “İnter” və “Neftçi” səpələnmişlər səbətində yer alıb.

 

Tarixi ərzində ikinci dəfə Avropa Liqasında çıxış edəcək "Qəbələ" səpələnməmişlər səbətində qərarlaşıb.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları  iyulunda 9-da keçiriləcək.

 

Təmsilçilərimizin qarşılaşacağı rəqiblərlə sizi tanış edirik:

 

"Dinamo" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

"Laçi" (Albaniya) - "İnter" (Azərbaycan)

"Mladost" (Monteneqro) - "Neftçi" (Azərbaycan)

Xəbər xətti