3-1 hesablı qələbə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində keçirdiyi ilk oyunda qələbə qazanıb.
Sportal.az xəbər verir ki, Belarus komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.
Futbolçularımız turnirdə növbəti oyununu sabah - iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da, Rusiya-2 yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi