Millimiz Rusiyaya da qalib gəldi

14:02 - 23 İyun 2015

Qarşılaşmada 1 qol
 
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ikinci oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, yığmamız “Astana Arena”da Rusiya-2 komandası ilə qarşılaşıb.
 
Bu görüş də millimiz üçün uğurlu alınıb. Nəticədə, komandamız 1:0 hesabıyla qalib gəlib. Qələbə topunu 10-cu dəqiqədə Öksüz Doğukan vurub.
 
Xatırladaq ki, futbolçularımız iyunun 22-də keçirilmiş ilk oyunda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti