Son matçda hesab açılmadı
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, qrupun son oyununda yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0. Hər iki yığmanın xalları, vurulan və buraxılan topların sayı eyni olduğu üçün qrup liderliyini turnirin Əsasnaməsinə uyğun olaraq fair play qaydalarına daha çox riayət edən komanda təmin edib. Gürcüstan komandası ilə müqayisədə daha az sayda kartla cəzalandırılan yığmamız iyunun 26-da, Bakı vaxtı ilə saat 18:00-da, “Astana Arena”da İspaniya yığmasına qarşı keçiriləcək final oyununda mübarizə aparmaq hüququ qazanıb.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda Belarus komandasını 3:1, növbəti qarşılaşmada isə Rusiya-2 yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.
saytlarin hazirlanmasi