Heç-heçə olsa da...
Xəbər verdiyimiz kimi, Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, qrupun son oyununda yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0. Yığmamız iyunun 26-da, Bakı vaxtı ilə saat 18:00-da, “Astana Arena”da İspaniya yığmasına qarşı keçiriləcək final oyununda mübarizə aparmaq hüququ qazanıb.
Həmin matçdan olan fotolarla sizi tanış edirik:
saytlarin hazirlanmasi