Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, qrupun son oyununda yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0.