Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yeri tutub.
Sportal.az xəbər verir ki, İspaniya yığmasına qarşı keçirilmiş final oyununun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 4:1 (ümumi nəticə – 5:2) hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.