Millimizin üzvü "Göztəpə"yə keçə bilər

17:00 - 27 İyun 2015

Ufuk Budak yeni komandada
 
Transfer çalışmalarına böyük templə start verən  Türkiyə PTT Iliqa təmsilçisi "Göztəpə” "Qarabağ”dan ayrılan Leroy Corcu transfer edə bilməyincə, millimizin daha bir üzvünü gözaltı edib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Mətin Diyadinin rəhbərliyi altında görmək istədiyi futbolçulardan biri də, milli komandamızın üzvü , son mövsümü Türkiyənin "Qaziantep BB” klubunda keçirən Ufuk Budakdır. Türkiyənin "Yeni Asr” qəzetinin yaydığı məlumata görə Qazantep təmsilçisi ilə müqaviləsi başa çatan Ufuk yaxın günlərdə "Göztəpə”ilə rəsmi müqavilə imzalaya bilər.

Xəbər xətti