Mətbuat konfransları və açıq məşq
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstanın "Dinamo" (Tiflis) klubu arasında keçiriləcək ilk oyundan öncə baş tutacaq mətbuat konfransları və son məşqlərin başlama saatları müəyyənləşib.
Sportal.az xəbər verir ki, sabah Bakı vaxtı ilə saat 19:40-da Tiflis klubunun baş məşqçisi Qiya Qequçadzenin mətbuat konfransı baş tutacaq. Ardından isə "Dinamo" ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq məşqə çıxacaq.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə jurnalistlərin suallarını 20:30-dan etibarən cavablandırmağa başlayacaq. Bundan yarım saat sonra da komandamız Boris Payçadze adına "Dinamo Arena"da son məşqini edəcək.
Qeyd edək ki, "Dinamo" - "Qəbələ" matçı iyulun 2-də keçiriləcək və saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi