“Proqres” rəqibin müqavimətini qıra bilmədi
Avropa Liqasında 2015/16 mövsümünə start verilib.
Sportal.az qitənin ikinci turnirinin ilk günündə 3 qarşılaşma baş tutub.
Maltanın “Baltsan” klubu doğma publika önündə Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”a 2:0 hesabı ilə uduzub.
Günün ikinci oyununda Lüksemburq təmsilçisi “Proqres” doğma meydanda İrlandiyanın “Şemrok Rovers” klubunun müqavimətini qıra bilməyib.
Makedoniyanın “Renova” klubu isə evdə Moldova “Daçiya”sına minimal hesabla məğlub olub.
Qeyd edək ki, iyulun 2-də I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 48 qarşılaşma baş tutacaq. Azərbaycan klubları “Neftçi”, “İnter” və “Qəbələ” də ilk sınağına həmin gün çıxacaq.
Avropa Liqası I təsnifat mərhələsi, ilk oyunlar
30 iyun
“Baltsan” (Malta) - “Jelezniçar” (Bosniya və Herseqovina) 0:2
Qol: Bajic, 4-pen, 13
“Proqres” (Lüksemburq) - “Şemrok Rovers” (İrlandiya) 0:0
“Renova” (Makedoniya) - “Daçiya” (Moldova) 0:1
Qol: Roska, 12
saytlarin hazirlanmasi