"Hələ dəqiq qərar verməmişəm"
Maliyyə problemi yaşayan Zaqatalanın "Simurq" klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.
O, bildirib ki, kapitan İlkin Qırtımovun transfer vərəqəsi özünə verilib. Bundan sonra 25 yaşlı müdafiəçi istədiyi komandaya keçə bilər.
Gələcək karyerası ilə bağlı danışan İ.Qırtımov isə 2 yerli klubla danışıq apardığını bildirib: "Hazırda "İnter" və "Zirə" ilə danışıqlar davam edir. Hələ dəqiq qərar verməmişəm. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək və hansı uyğundursa, o komandada da çıxış edəcəyəm".
Qeyd edək ki, İlkin Qırtımov "Simurq" klubunun yetirməsidir və 2009-cu ildən əsas heyətdə çıxış edir.
saytlarin hazirlanmasi