"Laçi"nin futbolçusu Kosovo vətəndaşı olduğu üçün Azərbaycana buraxılmadı

16:09 - 8 İyul 2015

Viza ala bilməyib

 

Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter"in rəqibi olan Albaniyanın "Laçi" klubu Azərbaycana aparıcı oyunçularından birini - yarımmüdafiəçi Argend Mustafanı gətirə bilməyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun Azərbaycana gəlmək üçün viza ala bilməməsi olub.

 

Çünki Mustafa Kosovo vətəndaşıdır. Azərbaycan isə Kosovonu hələ müstəqil dövlət kimi tanımır. Nəticədə, Mustafa İstanbuldan geri qayıtmalı olub.

Xəbər xətti