Matçdan sonra insident
"Neftçi" Avroliqada səfərdə "Mladost"la 1:1 hesablı heç-heçə edərək iki oyunun nəticəsinə görə, ilk mərhələdə mübarizəni dayandıran yeganə təmsilçimiz oldu.
Sportal.az xəbər verir ki, oyun başa çatan kimi əlbəyaxa dava baş verib. Belə ki, üzüntünü həzm etməyən bunun acısını rəqib oyunçuları yumruqlamaqla çıxıb. "Neftçi"nin ehtiyat qapıçısı Maksim Vaylo və bir neçə futbolçusu bu davanın yaxından iştirakçısı olub.
Daha sonra hər iki komandanın məşqçilər heyətinin müdaxiləsi ilə ara sakitləşib.
saytlarin hazirlanmasi